Şərəf Cəlilli

İPƏK  YOLUNUN  MƏLƏK

DONLU  ELÇİSİ

Yaxın Şərq, xüsusən Ön Asiya tarixən fəlsəfənin beşiyi olub. Fəlsəfi fikir də ilk dəfə burada - Misirdə, Suriyada, əski Şumer-Akkad yörəsi, Babil torpağında intişar tapıb. Hətta bu gün bəşəriyyətin səcdəsinə durduğu məşhur yunan Roma filosoflarının ustadları qeyd etdiyimiz bu ərazilərdəki məbədlərin, ocaqların sahibləri idilər. Əski Yunan filosofları azman düşüncə sahiblərinə tapınmaqla öz dövrlərinin və sonrakı minilliklərin qüdrətli fikir sahiblərinə çevrildilər.

Yunan-Roma filosoflarının ağlının günəşi Avropadan parlayaraq şərqlilərin gözlərini qamaşdırsa da, bu heç də o demək deyil ki, Tanrı hökmü ilə Şərqdən doğan günəşi kimsə öz itaətinə məcbur edə bilər. Unutmaq olmaz ki, müqəddəs varlıqların cismi torpağa çevrilsə də, ruhlan qoca Şərqin üstündə dolanmaqdadır. Biz bunun zaman-zaman yuxarıda görür və sayğı ilə qeyd etdiyimiz böyük düşüncə sahiblərinin üzündə təcəlli etdiyinin şahidi olmuşuq. Qərbin ən böyük kilsələri tərəfindən peyğəmbər və yaxud İsa Məsihin apostollan səviyyəsinə ucaldılan Əl-Qəzalinin, öz fikir və düşüncələrinə görə İbn Rüşdün, İbn Ərəbinin, Şihabəddin Yəhya Sührəvərdinin, Tanrı eşqi ilə səhraları dolaşan sufi dərvişlərinin, azadlıq, qardaşlıq, bərabərlik ideyası ilə insanlığı məfkurə birliyinə çağıran Şeyx Cəmaləddin Əfqaninin Avropa kralları tərəfindən etiraf olunması, milli-mənəvi dəyərlərimizin, sənət, mədəniyyət incilərimizin, tarixi abidələrimizin onları heyrətə salması, Avropa səyyahlarının təbiətimizin, yeraltı və yerüstü sərvətlərimizin zənginliyindən heyranlıqla söz açıb kitablar bağlaması bu gün özünə dönmək istəyən Şərqin əbədiyyət, əbədi var olmaq istəyindən boy alır. Min illər boyu "Min bir gecə" nağıllarının ovsununda tilsimə düşən, zülmətə doğru yol gedən Şərqin yaddaşa qayıdışı naminə ömrünü şam kimi əridən yüzlərlə filosofları, şərqşünas alimlər oyanış, qayıdış nəğmələri oxuyub, dastanlar bağladılar. Qocaman Şərqin "Min bir gecə" nağıllarından qurtulub oyanması, öz nuruna boyanması naminə onu Böyük Köçün qopduğu yola - İpək Yoluna səslədilər.

Bu yolu qəlbinin və qələminin nuruna qərq edənlərdən biri də Azərbaycanın zərif Çiçəyi, Şərqin məbəd Mələyi - şərqşünas alim, ərəb məhcər ədəbiyyatının ilk qadın tədqiqatçısı, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi. O, anası Gövhər xanımın nağıllarından tanıdığı Şərqi dərk edib, qüdrətindən dastan bağladı. Şərqin böyük filosof alimləri kimi onu narahat edən, düşündürən də Şərqi şərqilikdən qoparan məqamlara aydınlıq gətirmək, Şərqin xilası naminə qələm çalanları dünyaya tanıtmaq idi.

1962-ci ildə ali təhsilini başa vurduqdan sonra ailəsinin nüfuzundan istifadə edib Xarici İşlər Nazirliyində iş də tapa bilərdi, tələbə yoldaşlarının çoxu kimi hər hansı bir Şərq dövlətinə tərcüməçi də göndərilə bilərdi. Vətənpərvər ziyalı, istedadlı gənc bunların heç birini etmədi. Şərqi öyrənmək, həm də öyrətmək naminə atası Nəsir İmanquliyevin, qayınatası Mir Cəlal müəllimin əzablı yollarına - elmin eniş-yoxuşuna könül verdi. Elə həmin il indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Yaxın Şərq xalqla ədəbiyyatı tarixi"" kafedrasından aspiranturaya daxil oldu. Şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi ilə "Qələmlər cəmiyyəti" və Mixail Nüaymənin onun yaradıcılığında rolu""" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı.

XIX-XX yüz illərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan bu monoqrafiyada əsas məqsəd "ərəb məhcər ədəbiyyatı""nın bu qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. İşin əhatə dairəsinin genişliyi, mənbələrin qıt olması gənc tədqiqatçını Bakını Moskvaya dəyişməyə məcbur edir. SSRİ Elınlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqin məşhur bilicilərindən biri hesab olunan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır.

1966-cı ilin baharında - martda Şərq özünün gözəl bayramlarından birini Novruzu - Yeni günü qeyd etdiyi ərəfədə Aida xanım hər iki məşhur elmi rəhbərinin - Rüstəm Əliyev və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alır. Onun bahar bayramında şərqşünas alim, özü də ilk müsəlman, türk, azərbaycanlı şərqşünas qadın alim kimi özünü təsdiq etməsi Şərqin yeni günəşinin qadın, Ana üzündə parlaması, yurdu nura qərq etməsi idi.

60-cı illər Azərbaycan ictimai-siyasi fikrinə, ədəbi-mədəni həyatına o qədər böyük istedadlar bəxş edib ki, bu gün onların haqqında sadəcə olaraq təkcə siyasət, elm, mədəniyyət və ədəbiyyat adamları kimi söhbət açmaq olmur. 1920-ci ildə Şura hökuməti qurulduqdan, Azərbaycan Demokratik Cümhuriyyəti işğala məruz qaldıqdan sonra Azərbaycanı mənəvi terror dalğası bürüdü. Şərqdə ilk Demokratik Cümhuriyyət quran Azərbaycan ziyalılarının vətəndə qalanları repressiyalara məruz qalaraq Sibir çöllərinə, Türküstan sürgünə yollandı, vətəndən qırağa çıxan, əslində isə əcəldən macal tapan böyük ziyalılarımız, vətənpərvərlərimiz mühacirəti qəbul etdi.

Cavidi, Salman Mümtazı, Müşfiqi, Əhməd Cavadı, Çəmənzəminlini, Seyid Hüseyni gedər-gəlməz yollara göndərən Şura hökuməti onların yurdunu dağıdıb, ailəsini məhv edib, ocaqlarını söndürməklə, Azərbaycan xalqımın sinəsinə dağ çəkərək, ondan olub ona oxşamayanlara, sapı özümüzdən olan baltalara -

 

Oxuma tar, oxuma tar,

Səni sevmir proletar -

dastanı yazdırdı. Dərd bu olsa dözmək olardı. Oğul vətənə, onun azadlığıma əl qaldıranlara düşmənə çəpər deyə doğulur. Bizi bizdən qoparan, bəzən də öz əlimizlə kürəyimizə bıçaq saplayan imperiyanın üzündən Almas İldırım, Əhməd bəy Ağa oğlıı, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Şəmsi Əsədullayev, Mirzə Bala Məmmədzadə kimi dövlət, elm, mədəniyyət, iqtisadiyyat qurucuları mühacirətdə ömrü başa vurdular. «Azərbaycan, Azərbaycan» deyə dünyadan köçən bu işıqlı simalar Vətəndə gömülməyə torpaq tapmasalar da, Vətən, Torpaq, Dövlət, Bayraq, Azadlıq sevgilərini qəlbin və sevginin işığında qələmin ucundan cücərtdilər.

Aida xanım dünyaya göz açanda Azərbaycanda repressiya, mənəvi terror hələ bitməmişdi. Gecə gələn qara maşınların, qara qandallı sakinlərinin xəyanətə qurban getdiyi günlər idi. Əgər II dünya müharibəsi başlamasaydı, sovetlər bu müharibəyə sürükləsəydi. çox qapılar çırpılacaq, çox evlərin çırağı qaralacaqdı. 1941-45-ci illər müharibəsi minlərlə Sovet adamının ömrünə son qoyub, şikəstə, əlilə çevirdiyi illərdən Aida xanımın uşaqlığına pay düşmüşdü. Onun ərəb məhcər ədəbiyyatına könül verməsinin başlıca səbəbi Azərbaycan mühacirlərinin vətən, torpaq sevgisini. yurd nisgilini anlamaq hissi, duyğusu idi. Başqa bir tərəfdən də anası Gövhər xanımın əsilzadə babaları, doğmaları həmin Şura hökumətinin güdahına getmişdi... Atasının. milli mətbuatımızın klassiklərindən birinin. mətbuat fədaisinin. «Kommunist». «Gənc isçi». «Yeni Yol». «Döyüşən Krım». «Radio Proqramı». «Vətənin səsi». «Bakı», «Baku» qəzetləri  milli mətbuat tariximizdə ilk reklam və futbol buraxılışlarının təməldaşı, Şura hökümətinin qılıncının, qabağının kəsdiyi illərdə mühacirət və diaspora problemlərindən söz açan, sinəsində Güney həsrəti, paralanmış Azərbaycan dağı gəzdirən professor Nəsir İmanquliyevin hicran körpüsündən keçmişdi.

Mixail Nüaymənin yaradıcılığını, fəaliyyətini izləyib. Diqqətlə araşdıran, onun əsərləri ilə ədəbi elmi ictimaiyyəti tanış edən Aida xanımın məqsədi həm də özünün ideyalarını cəmiyyətə çatdırmaq idi. Çünki, bu dövrdə Azərbaycanda həyata keçirilən böyük quruculuq işləri ilə yanaşı. elmi-mədəni yeniliklər, kəşflər vasitəsi ilə yaddaşa qayıdış ruhu inkişaf etdirilirdi.

Mixail Nüaymonin yaradıcılığında qaldırılan ideyalar da bir növ bu düşüncənin başqa üzü idi. Mixail Nüaymə ərəb dünyasını, ərəb ədəbi. ictimai fikrini dirçəliş. dünya ədəbi-fəlsəfi fikrinə söykənərək əski yaddaşa qayıtmağa çağırırdı. Şərq mənəvi dəyələrinə, sərvətlərinə sahib çıxmaq üçün soydaşlarını mənəvi kamilliyə, birliyə və dünyəvi dəyərlərə səsləyirdi. Bu ideyaları isə əsərlərində cücərdirdi. Rus elminə, klassik fikrinə bələd olan. formanı ondan. əski Şərq fəlsəfi fikrindən, müasir Avropa düşüncəsindən götürən Mixail Nüaymənin ruhani dünyasından söhbət açan, dolğun mülahizələr irəli, sürən Aida xanım bu istedadlı sənətkarın çoxşaxəli yaradıcılığı barədə deyirdi: "Mixail Nüaymə müasir ərəb novellalarının banilərindən biridir. Ərəb dünyasında bu böyük realist sənətkar nəsr və nəzm. publisistika və ədəbiyyatşünaslığa dair məqalələrin müəllifidir"".

Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla bərabər. Aida xanımın şərqşünas alim kimi ən böyük uğuru onda idi ki. o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii fəlsəfi mühitlərin mənzərəsini yaradırdı. Öz ruhundan, fəhmindən, ədəbi-bədii təxəyyülündən, geniş dünyagörüşündən. analitik təhlil vermə  bacarığından, uzaqgörən siyasi baxışlarından keçərək. mühacirət ədəbiyyatının yaranma səbəblərindən. təsir dairəsindən. yaradıcılarının maddi problemlərindən, mənəvi güclərindən də soraq verirdi: "Mühacirlər təhsilləri, dünya görüşləri və xarakterləri etibarı ilə bir-birindən fərqli adamlar idilər. Əgər onların bir qismi uzaq ölkələrə maddi ehtiyac üzündən gedirdisə. digər bir qismi isə Vətəndə açıq yazıb-yaratmaqdan məhrum olan. azadlıq. Müstəqillik və sərbəstlik naminə doğma yurdu tərk etmiş qabaqcıl ziyalılar idi" "'.

Bu gün demokratik dəyərlərin inkişaf etdiyi. açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox adı, bəlkə də. Adidən də adi görünə bilər. İnformasiya texnologiyalarının o qədər də inkişaf etmədiyi sərhədlərin qapalı, ideya döyüşlərinin, soyuq müharibələrin tüğyan etdiyi 60-cı illərdə bu fikirləri söyləmək o qədər də asan deyildi. Özü də nəzərə alaq ki. bu fikirlərin sahibi Şərqin bir çox yerlərində hələ dünyanı qara çadranın altından seyr edən müsəlman qadınlığının daşıyıcısı olan cavan bir alim idi. Aida xanım şərqin, türk dünyasının o qadınlarından   idi   ki.   xatun   ucalığından,   ana   xilqətindən.   alim   dəyanətindən müsəlman   dünyasına   boylanır,   onun   inkişafını.   cəhalətdən   ideya və məfkurə birliyində görürdü.

Amerikaya.  Fransaya, Türkiyəyə  və Avropanın  başqa     yerlərinə mühadi  etməklə ruhlarını Vətənə əmanət edən ərəb yazarları Vətən sevgisinə. eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qoc. 60-cı illərdən şərqilər söyləyirdi.

"'Mixail Nüaymə və "Qələmlər Birliyi"" monoqrafiyasından sonra Aida ikinci  ən  böyük əsəri   1975-ci  ildə  işıq  üzü görmüş "Çübran  Xəlil  Çübn monoqrafıyasıdır.  Uzaq Amerikada -  Nyu-Yorkda ərəb ziyalılarını birl ideya və məfkurə birliyindən söhbət açan Aida xanım Çübran Xəlil Çübranır yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danışarkən qeyd edir: cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi.

Ərəb mühacirətinin səbəblərindən, nəticələrindən danışmaqla mühacirətin bütün məqamlarda   dözülməz   olduğunu   da   xatırladır.   Onların   həyatına,   düşüncələrinə   ayna   tutan,    "Qələmlər   cəmiyyəti"ni    yaratmaqla.    Amerika  mühacirət etmiş ərəbləri qələmin işığına toplamaqla onların ocaq. yurd ruhunun ölməməyinə şərait yaradan ziyalıları təqdir edir".

Bu ədəbi birliyin mahiyyətində siyasi motivlərin olduğunu diqqətə çatdıran Aida xanım, gözəl şair, istedadlı rəssam Çübran Xəlil Çübranın tokcə ərəb ədəbi-bədii fikrində deyil, ictimai-siyasi düşüncəsində də özünəməxsus yeri olduğunu c edir.   Hiss   və duyğularını   kətana   rənglərin   dili   ilə   köçürən   Çübran   XJ vətənpərvərlik hisslərinin    bədii yazılarında, daha çox da şerlərində öz ə! tapdığını   xatırlayanda.   qadına   cənnətin   qapısı   kimi   baxan.   onu   müdriklər. müqəddəslər anası kimi qiymətləndirən Çübran Xəlilə ərəb dünyasında olan ö münasibətdən kədərlənir. Qadın hüquqlarının müdafiəçisinə çevrilən. qadının kölə. hüquqsuz. Məlum obrazına etiraz. edən Aida xanım Şərqin bu istedadlı qələm və fırça  sahibinin   haqqa   xidmətdə  bulunduğunu   söyləyir.   O.  Çübran  Xəlilin  bu sahədəki   xidmətləri   barədə   qeyd   edir:   "Bütün      əsərlərdə   Çübran   qadının cəmiyyətdə hüquqsuz, məlum, hətta bəzən kölə vəziyyətindən narahat olduğunu. narazı qaldığını bildirir"".

İllər bir əsəri, monoqrafiyası. məqaləsi ilə ərəb məhcər ədəbiyyatını bizə bir qədər də yaxınlaşdırıb tanışlığa körpü salan Aida xanımın şərqşünas alim kimi ən böyük xidmətlərindən biri də ədəbi, elmi düşüncələrinin, analitik təfəkkürünün sintezində oxucularını özünün və dövrünün siyasi baxışları ilə  tanış etməsi idi.

Aida xanım bütün ömrünü, gücünü, qüvvəsini, məharətini və məlahətini bəxş etdiyi "Müasir ərəb ədəbiyyatının korifeyləri" " monoqrafiyası ilə yeni bir dünya - müasir ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. 1992-ci ildə işıq üzü görən kitab Qu quşunun son nəğməsi olsa da, möhtəşəm əsər idi.

Şərqşünas alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım ərəb ədəbiyyatı korifeylərinin fikirlərini. düşüncələrini tədqiqata cəlb edə-edə özü də onlardan olurdu. Akademik üslubdan çox elmi. Bədii. publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim. şərqşünas obrazını deyil. şair. yazıçı, mütərcim obrazını cücərtdi.

Monoqrafiyada daha çox öz sənətkarın Mixail Nüaymənin. Çübran Kəlil Çübranın və Əmin Ər-Reyhaninin yaradıcılığını tədqiqata cəlb edilir. Müsəlman təfəkkürlü. müasir düşüncəli bu istedad sahiblərinin simasında ərəb ruhunun ölməzliyindən. incəliyindən və lətafətindən söhbət açırdı.

"Əmin Ər-Reyhani Livanlıdır. Ərəb ədəbiyyatında romantizmin banilərindən biridir. Rəngarəng janrlarda işləmişdir: O. şair. nasir, publisist, tənqidçi, tarixçi, tərcüməçidir" " deyə Əmin Ər-Reyhaninin hərtərəfli yaradıcılığına. Dünya görüşə malik bir şəxs olduğunu faktlarla sübut etməklə. onun simasında şərq mütəfəkkirinin. kamil ziyalısının obrazını canlandırırdı.

Görkəmli şərqşünas olmaqla bərabər və ədəbiyyatşünas kimi tanınan Aida xanım, həm də gözəl natiq, yazıb. Tədqiq etdikləri barədə fikirlərini ustalıqla auditoriyaya çatdıran Şərq mütəfəkkiri, ictimai xadimi. filosofu idi...

Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxsən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, İosif Braginski. İrina Bılik, Anna Dolinina. Aleksandr Kudelin, Valeriya Kripçenko, Malik Qarayev, İ.Filiştinski. O.Frolova dəfələrlə onun fikirlərinə şərik çıxırdılar.

Bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirə oxuyan Aida xanım pedaqoq alim kimi Azərbaycan, ərəb. rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi yeniliklərdən soraqçı olur. müasir ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi.

Millət üçün doğulanlar onun qüdrətli keçmişi ilə işıqlıq gələcəyində  körpü olurlar. Ruhlarından, duyğu və düşüncələrindən cücərən müdrik kəlamları. ağlın hökmündən analitik təfəkkürləri, özlərinə məxsus idraklı, ilahi vergiləri ilə milli-mənəvi dəyərlərimizin aynası olur.

O işıqlı. müdrik. nurlu və mütəfəkkir insanların duyğularından göyərən yazılar öncə onların, sonra isə millətin, məmləkətin tale yazısı olur. İnsanın taleyini Tanrı yazıb. fərdi keyfiyyətlərinin   deyildiyi  kimi. Millətin də  taleyini adı bəlli ziyalılar yazır.

Sərvət və məhəbbətlə yüklənən köçləri zaman-zaman mənzil başına Sarvanları çatdırdığı kimi. mütəfəkkirlər də karvanbaşı - Sarvan rolunda çıxış edirlər. Bəzən bir insan ömrünə sığmayan. millətin, dövlətin çəkəcəyi ağır bir yükü çiyinlərinə. əslində isə ürəklərinə alıb dünyanın başına dolanan İşıqlı insanlar öz işığını zərrə-zərrə əridib millətin ruhuna. yaddaşına səpir vo elə həmin zərrələrin bətnində yaddaşdan - əbədi varlıq zəmisindən cücərdirlər.

Əsirlərin, minilliklərin qovuşduğu bir məqamda, Şərqlə Qorbin kəsişdiyi , milli-mənəvi dəyərlərin çarpazlaşdığı Azərbaycanda ruhunu cisminə geyib yer üzünə gələn. dediyim O İşıq, Aşiq adamlardan idi Aida xanım. Şərqin mələk donlu Elçisinə dönüb. dünyanı qarış-qarış dolanan. milli-mənəvi dəyərlərimizə yeni çalar. ahəng gətirməklə Qu quşu kimi öz nəğməsini oxuyan, sözdən, səsdən, sevgidən Şərqin on zərif yaddaş xalısını toxuyan. yaradıcılığında, ictimai-pedaqoji fəaliyyətində, mütərcim duyğularında ancaq gözəlliyə və bütövlüyə bağlı olana könül verən Aida xanım özünün bülöv xarakteri. yüksək əxlaqi keyfiyyətləri. analitik təfəkkürü. şərəfi qadın adı, ana siqləti ilə yerlə  göyün, cisimlə ruhun. sevincin, mədəniyyətlə mənəviyyatın arasında körpü oldu.

Ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağışladığı şərqşünaslıq elmində öz möhürünü vurdu. Qadın adından, qadın ucalığından keçib amalının və əməlinin saflığında şərqli məhəbbətindən dünyaya, bəşəri dəyərlərə töhfələr verdi.

Şərq-Qərb təfəkküründə yaranan ədəbi-fəlsəfi düşüncə sistemlərini öyrənməklə Şərqin Qərbə, Qərbin Şərqə bəxş etdiyi dəyərlərdən danışan Aida xanım Şərqin Qərbə bəxş etdiyi tarixi ədəbi-fəlsəfi, ictimai-siyasi ənənələrdən, gerçəkliklərdən də ustalıqla söhbət açır, Şərqin qüdrətli şəxslərinin Avropaya bəxş etdiyi uğurları onlara xatırladırdı.

Şərqin və Qərbin elmi mərkəzlərini birləşdirən müştərək ideyalardan, ədəbi-fəlsəfi fikir sistemlərindən danışaraq sübut edirdi ki. dünyanın siyasi mənzərəsini heç bir rejim dəyişə bilməz. Mühitin və quruluşun rəngini dəyişmək üçün düşüncə və təfəkkürdə Yenilik etmək gərəkdir.

Mənəviyyatın, mənəvi dəyərlərin təbii fəlakətlərdən, müharibələrdən daha dəhşətli olduğunu faktlarla sübut edərək, Tanrı evinin - dünyanın xilası naminə Şərqlə-Qərbin öncə əməldə. ruhda, ədəbi-fəlsəfi baxışlarda birləşməsini zəruri sayırdı.

Tanrının ona bəxş etdiyi istedadın, zahiri və batini kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə "Ərəb filologiyası məsələləri"", "Yaxın və Orta Şərq,,, "Sovet şərqşünaslığının problemləri və perspektivləri,, ", "Şərqin problemləri: tarix və müasirlik',, "Romantizmin problemləri və Şərq" " adlı əsərləri və məqalələri ilə Şərqin təkcə ədəbi-fəlsəfi baxışlarına deyil. ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq gətirdi.

Şərqin zəngin klassik ədəbiyyatından və ədəbi cərəyanlarından soraq verməklə ingilis romantiklərinin, rus tənqidi realizminin müxtəlif inkişaf mərhələlərindən, onların müasir ərəb ədəbiyyatına da ətraflı bəhs edib, fikir və mülahizələrini faktlarla əsaslandırdı.

Çoxşaxəli yaradıcılığı, əhatəli. dolğun əsərləri ilə şərq-qərb ədəbi, fəlsəfi cərəyanlarından. Mədəniyyətlərindən məlumat verməklə, Aida xanım dünyada mövcud olan ədəbi. fəlsəfi, ictimai-siyasi cərəyanların. fikir və düşüncə sistemlərinin kökündə dayanan ideyalardan. onların a.xın istiqamətlərindən də söz açdı.

Sent BÖvün bioqrafik, İppolit Tenin mədəni. Vilhehn Dilteyin mənəvi tarixi, Yunquıı analitik psixoloji, Bartın strukturalizm metodlarından, Şərqin böyük filosofu. Düşüncə sahiblori - Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin "Haqq Mənəm, Haqq Məndədir": ucalığından, rus klassiklərinin, Mirzə b'ətoli Axundzadənin maarifçilik ideyalarından. Cəlil Məmmədquluzadənin realizmindən. Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan professor Aida İınanquliyeva ictimai. fəlsəfi sistemlərin mövcud olduğu elm. mədəniyyət, mənəviyyat və düşüncə simasında Ağlının, Məntiqinin ulduzu ilə parladı.

Müxtəlif cərəyanların, ədəbi-fəlsəfi axımlarının dinamikasına və təkamül prosesində özünün qüdrətli fikirləri. maraqlı tapıntıları ilə dəstək olan Aida xanım Moskvada. Kiyevdə, Poltavada, Sankt-Petcrburqda. Hamburqda. Halledə təşkil olunan konfrans vo simpoziumlarda Şərqlə Qərbin. Batı ilə Doğunun arasında İpək Yolunun mələk donlu Elçisinə döndü.

Millət üçün yaşayan, milli mənəvi dəyərlərimizə xidmətdə bulunan elm dahilər var ki, onlar tarixin yox, tarix onların adı, örnək olan ömür yolları ilə yazılır. Şərqin və türk dünyasının tarixini qüdrətli xaqanlarımız qılıncı. söz və fikir sahiblərimiz qələmləri ilə yazıblar.

XX yüz ildə dünyaya gələn, gəlişi ilə elmimizi. fəlsəfi fikrimizi. əbədi-bədii zövqümüzü kamilləşdirən müqəddəs bir söz adamına, işıq paylayan mələyə, ağlının hökmü, cəsarətinin qüdrəti ilə mütəfəkkir ziyalıya çevrilən Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida xanım İmanquliycva milli-mənəvi dəyərlər tariximizi yaradanlardan biri olmaqla dönüb tariximizin bir qatına çevrildi.

Onun əsərlərini. məqalələrini, monoqrafiyalarını, konfrans və simpoziumlardakı çıxışlarının mətnlərini vərəqlədikcə cəsarətli bir alim. türkanə söz sahibi. mütəfəkkir filosof və kamil bir şəxsiyyətin duyğu və düşüncələrinə, millət, torpaq sevgisinə heyrət edirsən.

Tanrının çox böyük gözəllikləri içərisində ən qüdrətlisi qadın, ana və abid hikməti ilə bağlıdır. Qadın kimi gözəl, ana kimi zərif, abid kimi keşməkeşli, qüdrətli ömrün daşıyıcısı olan Aida xanım, bu gün hər üç müqəddəslikdən yaratdığı gözəllikdə yaşayır.

Özünün ölməz sevgisi, lətafəti, incəliyi, gözəlliyi və səliqə-sahmanı ilə könlünün taxtında binə qurduğu Arifi onun yoxluğundan düz on beş il keçməsinə baxmayaraq, könlünün sualının yerini kimsəyə qıymadı. Könül Tanrı Taxtıdır, deyib özünün Tanrıçasına, Humayına, Aida sadiq qaldı.* Ana adının, işığında ona doğru hər gün bir qarış yol getməyi, bir gün çiçək kimi o Mələyin qoynunda bitməyi ilə təsəlli tapan Nərgizi və Mehribanı üçün əvvəllər cənnət onun ayaqlarının altında, indi də ruhunun bulağındadır. Dünən onun dualarından. sevgili çağlarını yaşayan bir cüt gözəli bu gün onun Ruhunun işığında haqqa doğru yol gedir...

Şərqin böyük xaqanları qalaları türkcə mühazirə üçün, düşməndən qorunmaqdan ötrü ucaltmayıb. Tikdim ki. izim qala həqiqətindən ucalan qalalar, türbələr. həm də onların daş yaddaşımıza, əski çağ mədəniyyətimizə ehtiram, öz ruhlarına sevgiləri, sayğıları ilə bağlı idi. Aida xanımın hər bir yazısı öncə Şərq mənəvi dəyərlərinə, sonra isə özünü sayğımın, sevginin əlaməti kimi qələmə alınıb. Yazdım ki. izim qala nidasından cücərən o yazılar müsəlman türkünün - Tanrı, onun bölgəsi olan söz sevgisidir.

Aida xanım bu sevginin işığında, nurunda köçdü yazılarına. Onun cismani yoxluğunu 1992-ci ilin payızından, sentyabrın 19-dan hesablayırlar. Əslində o. hər yazısından sonra bir dəfə mələklər kimi köç edir. sonradan yazı masasına qayıdıb bir başqa nəğmə oxuyur, dastan bağlayırdı. Belə götürsək o, dərgahın üzünü bir neçə dəfə görüb. bir neçə dəfə Tanrı alaraq yeni şərqilər yaradıb. Belə götürsək daha doğrudur. Axı o, məbəd Mələyi idi...

İndi Aida xanım sevgili qızlarının. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun. Hcydər Əliycv Fondunun prezidenti. millət vəkili Mehriban xanım Əliyevanın, adını daşıyan, ruhuna ithaf olunan ÜNS Yaradıcılıq Səhnəsinin qurucusu, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevanın milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi ilə bağlı həyata keçirdikləri geniş miqyaslı lahiyələrdə, sevimli nəvələrinin böyük duyğularımın bölgəsi olan sənət əsərlərində, müxtəlif dillərə çevrilən, ruhunun, düşüncələrinin qatarı olan kitablarında, bir də yetirmələrinin, tələbə və aspirantlarının duyğularında, Ustad sevgilərində yaşayır.

Şərqdə olan ustad sevgisi və ehtiramı dünyanın heç bir yörəsində yoxdur. Dünyanın heç bir yörəsində də Tanrı Şərqdə olduğu qədər köç əyləyib, Elçiləri, işıq adamları şərəfləndirməyib. Tanrının Elçi libasında. İşıq donunda yer üzünə göndərdiyi, qüdrətindən pay verdiyi - Qadın, Ana. Abid kimi şərəfləndirdiyi, Çiçək kimi sevib, Mələk kimi dərgaha qaldırdığı, Ruhuna and içiləsi, adına şam yandırılası gözəllərindən idi Aida xanım Onu dərk etmək, duymaq, anlamaq üçün ona enmək. onun dünyasından Göy Tanrıya ucalmaq olar. Gəlin ona qayıdaq, əski türklər özünə qayıdan kimi!


 


 

Bəsirə Əzizəliyeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

 

AIDA İMANQULIYEVANIN TƏDQIQATLARINDA  M.NÜAYMƏ VƏ A.P.ÇEXOVUN NOVELLALARINDAKI SƏSLƏŞƏN MƏQAMLARA DAIR

 

 

Görkəmli ərəbşünas alim Aida İmanquliyevanın tədqiqatlarında mühacir ərəb ədəbiyyatının məşhur nümayəndəsi Mixail Nüaymənin yaradıcılığının öyrənilməsi məsələləri geniş yer tutur. A.İmanquliyeva M.Nüaymənin kiçik həcmli nəsr janrlarında yazdığı əsərlərini tədqiq edərkən ərəb yazıçısının yaradıcılığında görkəmli rus ədibi A.P.Çexov ənənələrini nəzərdən keçirmiş, realist ədiblərin bədii nümunələri arasındakı uyğun cəhətləri meydana çıxarmışdır. Ərəbşünas alim M.Nüaymənin novella yaradıcılığında iki əsas təsir obyektini ayırd edirdi: «Nüaymə bir novellaçı kimi ikili təsir hiss etmişdir; rus ədəbi klassikasının (xüsusilə, A.P.Çexov novellaçılığı) və ərəb məhcər ədəbiyyatının (xüsusilə, C.X.Cübran yaradıcılığı)” (7, 275).

Yeni ərəb ədəbiyyatında realist istiqamətin inkişafı hekayə və novella janrlarının yeni yaradıcılıq metodunun xüsusiyyətləri çərçivəsində formalaşması üçün də zəmin yaradırdı. Şərq ədəbiyyatında XIX əsr və XX əsrin əvvəllərində realizmin yetkin şəkildə formalaşması prosesi başa çatır. Ümumiyyətlə, XIX-XX əsrlər qovuşağı dünya ədəbiyyatında realizmin inkişaf tarixində vacib mərhələ hesab olunur (22, 17). O.L.Fişman XIX və XX əsr Şərq yazıçılarının novellarından bəhs edərkən yazır: «Novellalar daha artıq öz formasını təkmilləşdirir, onların müəllifləri psixoloji analiz, realist obrazlılığa daha çox diqqət ayırırlar” (25, 10).

Ayrı-ayrı ölkələrdə müəyyən dərəcədə fərqli nümunələrdə meydana çıxsa da, demək olar ki, bütün Şərq ədəbi yaradıcılığında realizmin maarifçilik ənənələri əsasında və romantizmlə sıx əlaqədə inkişaf etdiyini görürük. «Şərq ədəbiyyatı üçün realizmin digər ədəbi istiqamətlərlə  əlaqəsi çox xarakterikdir» (12, 258) deyən İ.S.Braqinski həmin kontekstdə romantizmi də xüsusi qeyd etmişdir. Təsadüfi deyil ki, M.Nüaymə ərəb ədəbiyyatında realist novellanın ilk yaradıcılarından biri olmaqla əsərlərində romantik cizgilərdən də xali deyildi.

Ümumiyyətlə, mühacir  ədəbiyyat ərəb bədii yaradıcılığında realizmin inkişafında da çox mühüm rol oynamışdır. «Maraqlıdır ki, 20-30-cu illərdə (XX əsr -B.Ə.) realist istiqamətli bir çox ərəb yazıçıları Suriya-Amerika məktəbi romantiklərini öz müəllimləri cərgəsində görürdülər» (16, 19-20) deyən A.Dolinina ərəb ədəbiyyatında müxtəlif ədəbi istiqamətlər arasındakı əlaqə və tərəddütləri diqqətə çəkməyə çalışır, ərəb poeziyasında romantik duyğuların uzun müddət hiss olunmasına baxmayaraq, artıq XX əsrin 10-cu-20-ci illərində bədii nəsrdə realizmin üstünlük təşkil etdiyi və məhz tənqidi realizm istiqamətində inkişaf etdiyini yazır (16, 21). Tənqidçi mühacir ərəb ədəbiyyatında M.Nüaymə və Ə.Həddadı ilk realistlər kimi qiymətləndirərək, onların yaradıcılığında rus ədəbiyyatının təsirini də xüsusi olaraq vurğulamışdır (17, 11).

Romantizmin və realizmin inkişafı ilə sıx bağlı olaraq novella janrının da mühacir ərəb ədəbiyyatında mühüm rol oynadığını qeyd etmək lazımdır. Məlumdur ki, yeni ərəb ədəbiyyatı, eyni zamanda, mühacirət ədəbiyyatı publisistikanın inkişafı ilə çox sıx formada bağlı olmuşdur. Əslində ərəb ədəbiyyatında kiçik formalı janrların yaranması, yaxud daha intensiv şəkildə istifadə olunması, demək olar ki, birbaşa publisistikanın tələbləri, müəlliflərin oxucularla daha sıx təması, yaradıcı təfəkkür və bədii düşüncənin öz hədəfinə daha intensiv çatdırılma məsələsi ilə əlaqədar idi. C.Məmmədquluzadənin yaradıcılığında felyeton janrının tutduğu mövqe, geniş mənada, mühacir ərəb ədəbiyyatında bədii forma, metod, kontekst fərqlilikləri xaricində mənsur şeir, novella kimi ədəbi əsərlərdə eyni missiya daşıyıcıları kimi çıxış edirdi. A.A.Dolininanın «romantizmin ilk cücərtilərinin məhz publisistikada müşahidə olunması təsadüfi deyil, axı o, yeni dövr ərəb ədəbiyyatının ilk müstəqil balasıdır» (18, 8) fikirləri də ərəb ədəbiyyatında publistikanın mövqeyi, onun ədəbiyyatdakı təsir və tələblərinə işarə edir. E.Əlizadə sözügedən cəhətlərdən bəhs edərkən qeyd edir ki, XIX əsrin ikinci yarısında Misir və Suriyanın «avropalaşması» və mətbuatın inkişafı yeni ərəb nəsrinin ilk janrına-publisistikaya həyat verdi, bu da həm mövzu dairəsi, həm də ifadə forması etibarilə nəsr janrlarının formalaşmasına öz təsirini göstərdi (11, 26). Mühacir ərəb yazıçılarından C.X.Cibran və Ə.ər-Reyhaninin yaradıcılığında Avropa və Amerika ədəbiyyatının təsirindən bəhs edən tədqiqatçı onları novella janrına müraciət edən ilk ərəb yazıçıları kimi dəyərləndirir: “Cibranın ilk hekayələri XX əsrin əvvəllərinə aiddir ki, bu zaman Misirdə müasir novella yenicə formalaşırdı» (11, 46). Tədqiqatçı romantik novella ilə yanaşı, realist novellaların yaranmasını da hələ Misir ədəbiyyatından öncə mühacir ərəb yazıçıları ilə bağlayır, M.Nüaymə və Əbd-əl Məsih Həddadı bu janrın yaradıcıları kimi dəyərləndirirdi (11, 47).

Doğrudan da M.Nüaymənin nəzərdən keçirəcəyimiz və Əbd əl-Məsih Həddadın əsərləri, o cümlədən «Ümid və əzab», «Canlı meyid», «Azadlığın heykəli» və digər hekayələrində ərəb gerçəkliyinin müxtəlif məsələləri realist planda əks olunmuşudur.

A.İmanquliyeva M.Nüaymənin ərəb ədəbiyyatı tarixində mahir hekayəçi kimi məşhur olduğunu söyləyərək yazır: «Nüaymənin hekayələrinin əsas məziyyəti də onların məhz real həyatı əks etdirməsidir» (8, 220).

M.Nüaymənin hekayə və novella janrında yazılmış əsərlərində milli ədəbiyyatın ənənələri ilə yanaşı, A.İmanquliyevanın qeyd etdiyi kimi, A.P.Çexov ədəbi irsi ilə səsləşən məqamlar də özünü göstərməkdədir. «Çexovun tələbəsi kimi Nüaymə ondan rus realist ədəbiyyatının bir çox xüsusiyyətlərini irs almışdır, ancaq məhz qısa hekayə janrında o, həmçinin müasir ərəb həyatına dair öz anlam və görüşlərini verə bilmişdir» (7, 276).

L.N.Tolstoyun yaradıcılığı çərçivəsində olmasa belə A.P.Çexovun əsərləri də ərəb mühitində tanınır və sevilirdi. Görkəmli ərəb yazıçıları da rus ədəbinin yaradıcılıq keyfiyyətlərinə bələd idilər. V.N.Kirpiçenko «Yusif İdrisin erkən hekayələrində Çexovla səsləşmə» məqaləsində Misir novellasının klassiki Mahmud Teymurun da öz yaradıcılığında A.P.Çexovun təsirini təsdiq etdiyini yazırdı (21, 4).  Bu da təsadüfi deyildir.

A.P.Çexov rus ədəbiyyatının yeni dəyərlərlə inkişafında, xüsusilə də realizmin orijinal keyfiyyətlərdə təzahürü, ayrı-ayrı janrların geniş vüsət almasında mühüm xidmətləri olan yazıçıdır. Ədib çox geniş yaradıcılıq istiqamətlərinə malikdir. «A.P.Çexov yalnız kiçik hekayələr, müxtəlif səhnələr yaratmaqla kifayətlənməmişdir. O, eyni zamanda, yumor və satiranın sənətkarı, novellanın böyük ustadı, novator yazıçı, dramaturq və qüdrətli publisist, jurnalist idi» (1). A.P.Çexov XX əsr rus realizminin banisi hesab olunur. «O, nəinki Lermontovun, Qoqolun, Tolstoyun ədəbi ənənələrini yeniləşdirmiş, hətta XX əsr realizminin bədii əsasını yaratmışdır» (9, 8).

Qeyd etdiyimiz kimi, hekayə janrının inkişafında, onun mövzu, məzmun, ifadə vasitələri, ədəbi üsullar baxımından yeniləşməsində A.P.Çexovun böyük rolu olmuşdur. Kiçik həcimli və lokonik əsərlərdə yazıçı bədii ümumiləşdirmələr yolu ilə gerçəkliyin əksini verməyə nail olmuş, eyni zamanda, obrazların daxili dünyası, mənəvi problemlərinə də diqqət yetirmişdir. R.Quliyeva görkəmli sənətkarın yaradıcılığında kəmiyyət baxımından üstün mövqedə olan hekayələrin, əsasən yeddi – səkkiz əsas problem ətrafında yazıldığını qeyd edir: «Bunlardan kiçik adam problemi; özgələşmə, atalar və oğullar, artıq adam, qadın emansipasiyası – ənənəvi mövzular, ikili dünya və adaptasiya problemi isə Çexovun orijinal tapıntısıdır» (9, 5). Göründüyü kimi, nasirin qələmə aldığı mövzular hər bir xalqın spesifik məişət və həyat tərzinə uyğun özünəməxsus çalarlarda ifadə olunan ümumi xarakterli problemlər ətrafındadır. Bu baxımdan da «yazıçı mənəvi-psixoloji özünəməxsusluqların təsvirini bilavasitə konkret dövrlə, həmin dövrün ictimai-siyasi hadisələri, sosial problemləri ilə bağlamaqla kifayətlənməmiş, mətləbin ümumiliyinə-bəşəriliyinə xüsusi diqqət yetirmişdir» (6, 9) deyən tədqiqatçıların fikri ilə tamamilə razılaşmaq mümkündür. Məhz bu keyfiyyətlər hələ Rusiyada təhsil aldığı illərdə M.Nüaymənin də diqqətini cəlb etmiş, yazıçının novella yaradıcılığına özünəməxsus cəhətlər aşılamışdır.

A.P.Çexov və M.Nüaymənin «dünyanın bədii dərki dərəcəsinin müqayisəedilməz» və yaradıcılıq metodlarının tipoloji baxımdan fərqli xarakterdə olduğunu söyləyən A.İmanquliyeva ədibləri birləşdirən məqamlar üzərində dayanır: «Çexov məktəbi Nüaymə novellaçılığında onun hekayələrinin ümumi kəskin sosial yönümlüyündə, realizmində, parlaq humanizmində, insana məhəbbət və mərhəmətində özünü göstərir» (7, 227). Ərəbşünas alim, ilk növbədə, yazıçıların hekayələrinin kiçik həcmli və lokonik olmasına diqqəti cəlb edir.

A.P.Çexov ədəbi-estetik mülahizələrinə uyğun olaraq kiçik və yığcam hekayələrin yazılmasına üstünlük vermişdir. Yazıçının ən böyük məharəti, sənətkarlığı da böyük olmayan həcm daxilində mühüm mətləbləri ifadə etməsində idi. Təsadüfi deyil ki, ədibin bu tipli əsərləri hekayənin inkişafında inqilab kimi səciyyələndirilir: «Çexovun müasirləri də hekayə yazmışlar… lakin onlardan heç birinin yaradıcılığında  hekayə mərkəzi yer tutmamışdır… Onlardan heç birinə hekayə janrını belə dərindən və prinsipial şəkildə islah etmək nail olmamışdır” (15, 11). Görkəmli yazıçının «Cərrahlıq», «Maska», «Yaylaqçılar», «Zarafat», «Oğlanlar», «Dərd», «Sərlövhəsiz», «Xanımın hekayəti» və digər əsərləri yığcam hekayələrin bariz nümunələridir.

Kiçik həcmli hekayələrə M.Nüaymənin yaradıcılığında da təsadüf edirik. A.İmanquliyeva fərqli məqamlara diqqət çəkir: «Lakin süjet xətti düyününün açılışının çox zaman tragikomik səciyyəyə malik olduğu Çexovdan («Məmurun ölümü», «Buqələmun» «Kök və arıq» və s. ) fərqli olaraq, Nüaymə ya faciəviliyə, ya da çox sıx-sıx melodramatik sonluğa meyllidir» (7, 279). Tədqiqatçı alim yazıçının «Hədiyyə», «Sadıq», «Bal qurbanı» kimi hekayələrində həmin cəhətləri müşahidə etmişdir.

A.P.Çexovun «Məmurun ölümü» hekayəsində bir axşam ekzekutor (idarədə təsərrüfat işlərinə baxan xırda məmur) İvan Dmitriç Çervyakovun teatrda «Kornevil zəngləri» operasına baxarkən asqırdığı zaman tüpürcəyinin qabaqda əyləşən general Brizjalovun daz başına düşməsi hadisəsindən qorxuya düşən məmurun həyəcanları təsvir olunur. Əsər sona kimi məmurun generaldan təkidlə üzr istəməsi və generalın hadisəni unutmağa çalışmasına baxmayaraq, qəhrəmanın üzrünün qəbul olunmaması qorxusunu komik və tragik cizgilərlə əks etdirir. Nəhayət generalın məmuru rədd etməsi onun həyatının faciəsinə çevrilir: «Evə necə gəldiyini özü də hiss etmədi. Vismundirini çıxarmadan divanda uzandı və… öldü» (5, 11).

M.Nüaymə hekayələrinin komik cəhətləri güclü deyil. Yazıçı mövzusunu ərəb həyatından götürdüyü hekayələrində daha çox məişətin ağir  kədərli səhnələrini canlandırmışdır.

M.Nüaymənin «Pəhləvan», «Hədiyyə», «Sadıq» kimi hekayələrində ərəb ölkələrində yoxsul həyat tərzi keçirən minlərlə insanın tipik obrazları yaradılmış, onların faciələri təsvir olunmuşdur. «Tipik ictimai hadisələr Nüaymənin novellalarında hər hansı mücərrəd ümumiləşdirmə formasında deyil, konkret insanların konkret şəraitdəki taleyi və təəssüratlarından irəli gəlir” (19, 113). «Pəhləvan» hekayəsində ağır iş şəraitində çalışan və ağalarından istehzadan başqa heç bir mərhəmət görməyən insanların xarakteri açılır. Müəllif burada çox maraqlı bir məsələyə toxunmuşdur: «Axı Şərqdə hələ də çox adam başa düşmür, bəlkə də düşmək istəmir ki, ayaqların da başın qarşısında başın ayaqlar qarşısında olduğundan az imtiyazları yoxdur” (24, 269). Burada Şərqdə fəhlələrin, yük daşıyanların imkanları xaricində işlədilməsi hallarına etiraz səsləndirilmişdir. «Sadıq» novellasında düz danışdığına görə bəlalara düçar olan və sonda «düz danışana yeri olmayan bu dünyaya lənət olsun» deyərək intihar edən yetim Sadığın başına gələn hadisələr təsvir olunursa, «Hədiyyə» novellasında isə sevdiyi xanımına hədiyyə almaqdan ötrü öz sağlamlığından belə keçməyə hazır olan zəhmət insanı, yoxsul Məsudun faciəsi göstərilir.

A.İmanquliyeva «Livan yazıçısı M.Nüaymənin novellarında sadə insanların obrazı» məqaləsində «Sadıq», «Əbu Bətta», «Ali», «Hədiyyə» və digər hekayələri əsasında ədibin ərəb həyatında yoxsul insanların faciəsi haqqındakı düşüncələrini şərh etmişdir (20).

Ərəb ölkələrində yoxsulluqdan əziyyət çəkən insanların faciəsini Məhəmməd Teymurun «Toy və dəfn», «Fit» novellalarında da görürük.

XX əsr ərəb ədəbiyyatında realizmin səciyyəvi nümunələrinin yaranmağa başladığını qeyd edən A.A.Dolinina burada xarici ədəbiyyatın təsiri məsələlərinin də vacibliyini əsaslandırırdı: «Ərəb yazıçıları Avropa klassiklərini yaxşı tanıyırdılar, onlardan bir çoxu Mopassan, Çexov və Belinskini öz müəllimləri adlandırırdılar. Yeni dövr ərəb ədəbiyyatının klassiklərinin yaradıcılığında realist tendensiya mühüm yer tutur» (17, 5).

Görkəmli ərəbşünas A.İmanquliyeva yazıçıların mövzusu məişətdən götürülmüş əsərlərini araşdırarkən onların sosial yönümlüyünə diqqəti cəlb edir. İ.P.Viduyeçkaya A.P.Çexovun yaradıcılığında insanın mənəvi vəziyyətinin çox asılı olduğu gündəlik məişətin təsvirinə əhəmiyyətli yer verdiyini qeyd etmişdir (14, 19). Realist əsərlərin ən mühüm cəhəti də məhz reallığı sadəcə əks etdirməsində deyil, insan və həyatın mənəvi tərəflərinin reallığını təsvir etdirməsindədir. Bu baxımdan, görkəmli realist yazıçıların yaradıcılığında psixoloji məqamlara, lirizmə də mühüm yer verilir. Həmin cəhətləri A.P.Çexovun yaradıcılığında «məişət münasibətlərinin eybəcər mahiyyətini örtmüş qalın pərdəni qaldıraraq müxtəlif tipli meşan illuziyaları amansızcasına dağıdan bir çox yumoristik hekayələrin»dən (13, 18.) tutmuş «böyük insan duyğularının lirizmi, insan qəlbinin çırpıntı və təranələrinin mühüm yer tutduğu» dramlarına qədər (10,35) müşahidə etmək mümkündür.

XIX əsrin sonları və XX əsrin əvvəllərində ərəb ədəbiyyatında novella janrının yaranmasında sosial hadisələrə münasibət tendensiyası başlıca amil idi. Əslində bu dövrdə novellanın formalaşması, geniş vüsət alması bir çox hallarda sosial mövzuların ədəbiyyata daha intensiv şəkildə yol açması ilə bağlı idi. O.L.Fişman «Şərq novellaları» kitabına yazdığı ön sözdə Şərq ədəbiyyatında sözügedən cəhətə diqqət yetirərək yazır: «Hətta o qədər də çox olmayan tərcümə nümunələri nəticə çıxarmağa imkan verir ki, XX əsrdə Şərq novellasının texniki təkmilləşməsi onun sosial əhəmiyyətinə cəhdlə birləşir, sosial ittihamlar güclənir» (25, 11). Bu fikirləri ərəb ədəbiyyatına da şamil etmək mümkündür.

A.İmanquliyevanın fikrincə, A.P.Çexovun novellalarında hadisələr, əsasən dialoqların köməyi ilə inkişaf etdirilir. Tədqiqatçı alim həmin kontekstdə ərəb yazıçısının əsərlərinin fərqli keyfiyyətlərinə nəzər salmışdır. Doğrudan da A.P.Çexovun «Uzaqlar», «Oğlanlar», «Xoşbəxtlik», «Yatalaq», «Uduşlu bilet» və digər çoxsaylı novellalarında süjet dialoqlar əsasında qurulmuşdur. Bu yazıçının yaradıcılıq ənənələrindən qaynaqlanırdı. İ.P.Vidueçkaya Tolstoydan fərqli olaraq Çexovun öz fikirlərini birbaşa və qəti söyləmədiyi, öz müəllif münasibətlərinin ifadəsində dolayısı yola üstünlük verdiyini yazırdı (14, 14). Əslində, burada ən münasib forma dialoqlardan istifadə olunmasıdır. M.Nüaymə isə L.N.Tolstoy kimi əsərlərində müəllif təhkiyəsinə, müəllif fikrinin birbaşa ifadəsinə üstünlük verirdi ki, bu cəhət yazıçının, demək olar ki, bütün janrlarda yazdığı əsərləri üçün xarakterikdir.

A.İmanquliyeva M.Nüaymənin bir çox hekayələrində təbiət hadisələrinin personajların əhval-ruhiyyəsi ilə harmoniya təşkil etdiyini qeyd edir. Bu baxımdan tədqiqatçı alim realist yazıçının «Onun yeni ili» hekayəsini tədqiqata cəlb etmişdir.

XIX əsrin sonları və XX əsrin əvvəllərində ərəb ədəbiyyatı və ictimai həyatı üçün çox xarakterik olan məsələlərdən biri də qadın mövzusu ilə bağlı idi. Mühacir ərəb yazıçıları millətin inkişafında qadınların emansipasiyası problemini həlledici amillərdən hesab edən ədiblər kimi sözügedən mövzuya çox yer ayırmış, dəfələrlə mövzu ilə bağlı öz düşüncülərini ifadə etmişlər. Digər janrlarla yanaşı, qadın mövzusuna həsr olunan əsərlər arasında novellalar da xüsusi yer tuturdu.

M.Nüaymə qadın mövzusuna çox böyük həssaslıqla yanaşmışdır. Həmin mövzuya həsr olunmuş əsərləri içərisində yazıçının «Onun yeni ili» novellası xüsusilə maraqlıdır. Kiçik süjet daxilində, bir sıra digər sosial məsələlərlə yanaşı, müəllif qadınların ağır həyat tərzinə nəzər yetirir, sözün əsl mənasında, bir qadın faciəsini qələmə alır. Əsərdə Livanın Ayrun kəndində baş verən hadisələrdən danışılır. Ayrun Livanın kəndləri arasında özünəməxsus yer tutur. Öz şərabı, inəkləri və nişanlı axtaran oğlanlar üçün gözəl qızları ilə seçilir. Yazıçıya görə,  kəndin bir özünəməxsusluğu da atasından şeyxliyi miras alan Əbu Nasıf ilə bağlıdır. Əbu Nasıfın ailəsi haqqında kənddə gizli şəkildə söz-söhbət gəzir: «Acıqdanmı, paxıllıqdanmı, necə olsa da, onlar bir-birinə ötürürlər ki, sanki şeyxin evində tez-tez qışqırıqlar eşidilir və şeyxin arvadı həmişə göz yaşı içərisindədir, həmişə ya başında şiş, ya da üzündə göy gəzir» (23, 38). Daha çox Barbara adlı bir qadının söylədiklərinə əsasən bu hadisəni nəql eləyən müəllif əsas səbəbi belə şərh edir: «…Lakin kənddə heç kəsə gizli deyil ki, şeyxin yeddi qızı var və o, onun qarşısında qızlarından danışmağı heç sevmir. O zaman ki, ondan arvadını soruşurlar, şeyx həmişə söhbəti başqa mövzuya çevirir» (23, 38-39). Əsərdə təsvir olunan hadisələrin mərkəzində şeyxin hamilə qadınının yeni il axşamı öz körpəsini dünyaya gətirməsi hadisəsi dayanır. Qadının qız doğacağı təqdirdə keçirəcəyi qorxu, Əbu Nasıfın öz otağına çəkilərək oğlu olacağı ilə bağlı xəyalları və bu xəyalları qılınc kimi kəsən «bəs qız olarsa?» sualı qarşısındakı həyacanları çox inandırıcı şəkildə əks olunmuşdur. Oğlan Əbu Nasıf üçün son ümid, həyatının mənası, var-dövlətinin varisidir. Obrazların həyacanı təbiətin uyğun təsviri ilə müəllif tərəfindən sənətkarcasına birləşdirilir. «Tufan hıçqırır, göy üzü ağlayır və bu səslər arasından şeyxin evindən müqəddəsləri köməyə çağıran qadın səsləri eşidilir”. Qız uşağının doğulması ilə daha böyük faciə yaşanır. Əbu Nasıf körpəni vəhşicəsinə alaraq həyətə qaçır və onu diri-diri basdırır!». Müəllif faciəni belə təsvir edir: «Üfüq açılır. Ayrun kəndinin camaatı bir-birini yeni il münasibəti ilə təbrik edir, can sağlığı və xoşbəxtlik arzulayırlar. Kilsə kənarındakı qəbiristanlıqda isə ağaclar ağlayır, tufanlar hıçqırır və göy üzündən soyuq və donmuş göz yaşları tökülür…» (23, 43). Burada hətta dünyaya yenicə göz açan qız uşağı belə zamanın və cahil insanların qurbanı olur. Qadın probleminin bu qədər təsirli planda təsvir olunması ərəb ədəbiyyatında çox mühüm bir cəhət idi və M.Nüaymənin təsadüfi olmayan münasibətinin nəticəsi kimi xarakterizə olunmalıdır. Mahmud Teymurun «Umm Sahlyul», Məhəmməd Teymurun «Lakin Misirdə qadın belə xoşbəxtlik üçün yaranmamışdır» kimi novellalarında da ərəb qadınının müxtəlif problemləri əks olunmuşdur.

A.P.Çexovun yaradıcılığında, qeyd etdiyimiz kimi, psixoloji məqamlara da üstünlük verilmişdir. Bu cəhətin ən bariz nümunələrindən biri yazıçının «Yeger» əsərində ifadə olunmuşdur. Əsərdə müəllif ovçu Yeger və onun arvadı Pelaqeyanın hisslərinin ifadəsinə mühüm yer vermişdir.

A.İmanquliyeva rus və ərəb yazıçılarının novellalarında yumoristik məqamları da müqayisəli tədqiqata cəlb edir: «Kiçik «Almaz toy» hekayəsində Nüaymə istedadının yeni bir tərəfi açılır, Çexov üslubuna tam uyğun olan həzin və incə yumor (7, 287). Ərəbşünas alim əsərin müəyyən detallarına görə Çexovun «Yubiley» hekayəsini də xatırlatdığını qeyd etmişdir (7, 287).

A.P.Çexovun «Yubiley» hekayəsində 15 illik yubileyinə hazırlaşan bankın idarə heyətinin sədri Şipuçin və digər işçilərinin gülüş doğuran hərəkətləri təsvir olunur. Əsərdə hər şey sünnidir, sözlər və əməllər bir-birinə uyğun gəlmir. Sanki hər kəsin onu yubiley münasibətilə təbrik etdiyi təəsüratı yaradan Şipuçinin sözləri obrazın mahiyyətini ifadə edir: «Bankın şöhrəti  üçün bizə dəbdəbə lazımdır, lənət şeytana! Siz öz adamımızsınız, sizə hər şey məlumdur. Adresi mən düzəltmişəm, gümüş dolçanı da mən özüm almışam» (4, 317). Əsərin sonu yubileyin baş tutmadığını göstərən yumoristik hadisələrlə bitir ki, o da öz tənqidi mahiyyəti ilə seçilir.

Yumoristik məqamlara A.P.Çexovun «Buqələmun», «Kiçik zabit Prişibeyev» kimi hekayələrində təsadüf edirik ki, həmin əsərlərin tragik cəhətləri də nəzəri cəlb edir. “Yazıçı bu hekayələrində bir tərəfdən yaltaqlığı, ikiüzlülüyü ifşa edir, ictimai məsələlərə toxunur, digər tərəfdən cəmiyyətdəki kiçik adamların faciəli həyatını açıb göstərir” (2, 45).

Sözsüz ki, M.Nüaymənin novella yaradıcılığında A.P.Çexov ənənələrini təkzib etmək olmaz. Əlbəttə ki, görkəmli rus yazıçısı realist novellaların misilsiz nümunələrini yaratmışdır. G.Berdnikov, haqlı olaraq, yazır ki, dünya realist sənətində yeni səhifə açan Çexovun yaradıcılıq nailiyyətləri, onun yaratmış olduğu böyük bədii sənət nümunələri bu danılmaz həqiqəti son dərəcə əyani şəkildə təsdiq edir (3, 515). Bununla belə, M.Nüaymənin kiçik nəsr janrlarında yazdığı əsərlərdə milli ədəbiyyatın ənənələri başlıca yer tuturdu. Görkəmli tədqiqatçı A.İmanquliyeva da həmin məqamlara xüsusi önəm verir, yazıçını «orijinal və özünəməxsus sənətkar» kimi səciyyələndirirdi: «Nüaymənin bütün hekayələri ərəb gerçəkliyinin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Onun novellaları yalnız süjet və məzmununa görə deyil, həm də öz ruhuna görə millidir” (7, 292).

 

Ədəbiyyat

1.     Bağırov H. Çexovun jurnalistik fəaliyyəti, Azərbaycan Dövlət Universiteti nəşriyyatı, 1960.

2.     Bağırov M. XIX əsr rus ədəbiyyatı, Bakı, 1965.

3.     Berdnikov G. Çexov, Bakı, Gənclik, 1983.

4.     Çexov A.P. Seçilmiş əsərləri, III c., Bakı, Azərnəşr, 1988.

5.     A.P.Çexov. Seçilmiş əsərləri, Bakı, Öndər nəşriyyatı, 2005.

6.     Əsgərli Z., Məmmədov A. Həmişə müasir. A.P.Çexov. Seçilmiş əsərləri, Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1987.

7.     İmanquliyeva A. Yeni ərəb ədəbiyyatı korifeyləri, Bakı, Elm, 2003.

8.     İmanquliyeva A. Müasir ərəb yazıçısı Mixail Nüaymənin novellalarındakı realizm haqqında. Azərbaycan jurnalı, 1967, № 1, s. 218-225.

9.     Quliyeva R. Bizim müasirimiz – Çexov. A.P.Çexov. Seçilmiş əsərləri, Bakı, Öndər nəşriyyatı, 2005, s.4-8.

10. Rəfili M. Çexov, Bakı, Azərnəşr, 1944.

11. Ализаде З.Е. Египетская новелла, М., Наука, 1974.

12. Брагинский И.С. Проблемы Востоковедения, М., Наука, 1974.

13. Бялый Г. Чехов и русский реализм. Л., Советский писатель Ленинградское отделения, 1981.

14. Видуэцкая И.П. Проза Чехова и стили русского реализма 80-90-х годов ХIХ века. Автореферат диссертации на соискание ученой степени кандидата филологических наук, М., 1966.  

15. Гейдека В.А. Проблематика и поэтика рассказов А.П.Чехова и И.А.Бунина. Автореферат диссертации на соискание ученой степени кандидата филологических наук, М., 1973.

16.                Долинина А.А. Предисловие Арабская романтическая проза. ХIX-XX веков. Л., Художественная литература, 1981.

17.                Долинина А. Предисловие. Современная arabskaə proza, M-L.,1961.    

18.  Долинина А.А. Очерки истории арабской литературы нового времени. Египет и Сирия. Публицистика 1870-1914 гг., М., Наука, 1968.

19.  Имангулиева А. «Ассоциация пера» и Михаил Нуайме, М., Наука, 1975.

20.  Имангулиева А. Образы простых людей в новеллах Ливанского писателя Михаила Нуайме. Ərəb filologiyası məsələləri, B., Elm, 1971, c.159-172.

21.  Кирпиченко В.Н. Чеховское звучание ранных рассказов Юсифа Идриса, Литература Востока, М., Наука, 1969, c.3-9.

22.  История зарубежной литературы конца  ХIX-начала ХХ века, М.,»Высшая школа», 1978.

23.                Рассказы pisateley Vostoka, L., Lenizdat, 1958.

24.  Современная арабская новелла, М., Издательство иностранный литературе, 1963.

25. Фишман О.Л. Предисловие. Восточная новелла, М., Издателство восточной литературе, 1963, с.3-12.

 

 

Bəsirə Əzizəliyeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

 

AIDA İMANQULIYEVANIN TƏDQIQATLARINDA M.NÜAYMƏNIN “ƏRQƏŞIN XATIRƏLƏRI” ƏSƏRI

 

XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin inkişafında görkəmli şərqşünas alim Aida İmanquliyevanın mühüm rolu olmuşdur. Yaşayıb-yaratdıqları dövrdən etibarən Şərq və Qərb dünyasında mütəfəkkir ədiblər kimi tanınan məşhur ərəb yazıçıları Əmin ər-Reyhani, Cibran Xəlil Cibran və Mixail Nüaymənin ədəbi-fəlsəfi irslərinin müqayisəli ədəbiyyatşünaslığın elmi-nəzəri müddəaları əsasında tədqiq etmək baxımından A.İmanquliyevanın araşdırmaları böyük əhəmiyyətə malikdir. Ərəbşünas alimin tədqiqatlarında M.Nüaymə yaradıcılığının öyrənilməsi məsələlərinə də xüsusi yer ayrılmışdır.

Mixail Nüaymə (1889-1988) ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Yazıçı “Ərqəşin xatirələri” povestini 1917-ci ildə Nyu-York şəhərində ərəb dilində yazmış, əsər 1949-cu ildə Beyrutda nəşr olunmuşdur. 1952-ci ildə isə yazıçı povesti ingilis dilinə tərcümə edərək Nyu-Yorkda nəşr etdirmişdir (Naimy M. Memoirs of a Vagrant Soul, New York, 1952).

Əsər mürəkkəb fəlsəfi sistemə malikdir. Düşüncə və mühakimələrin şərhinə üstünlük verilmiş povestdə süjet xəttinin rəngarəngliyindən daha çox ideyaların ifadəsi diqqəti cəlb edir. Ərəb tədqiqatçısı Nadim Nüaymə kitabı təsnif etməyin çətin olduğunu söyləyərək yazır: “Bu əsərdə detektiv roman, fəlsəfi dissertasiya, alleqoriya və aftobioqrafiya bir-biri ilə qarışmış və sufilikdə qurtaran poetik simvolizmin ardıcıllığında birləşmişdir”. Əsərdə alçaq boylu, arıq, çopur sifətli, çox ağıllı, bir neçə dili yaxşı bilən, heç kimə qaynayıb-qarışmayan, hətta öz adı, milləti və ailəsi barədə məlumat verməyən, danışmaqdan çox susan otuz yaşlı gəncin düşüncələri təqdim olunur. Yağışlı bir gündə tamamilə islanmış, yarıçılpaq və müəmmalı gəncin restorana gəlməsi və burada ofisiant kimi işə qəbul olunaraq sahibkarı tərəfindən Ərqəş adlandırılmasından üç illik fəaliyyətindən sonra yenə də müəmmalı şəkildə yoxa çıxdığına qədərki hadisələr əsərdə təsvir olunmur. Əsas məsələlər müəllifin Ərqəşin məskunlaşdığı otaqdan tapdığı qutunun içərisində “İncil”lə yanaşı, üzərində “Özümdən özümə” yazılmış xatirə qovluğunda öz əksini tapmışdır. Povest müəllifin oxucu ilə paylaşdığı xatirələrdən ibarətdir. Buna görə də görkəmli ərəbşünas A.İmanquliyeva əsərin gündəlik formasında yazıldığını qeyd edir. Beləliklə, əsər gündəlik formasında yazılaraq qəhrəmanın fəlsəfi fikirlərini şərh edir, mənəviyyat problemlərini araşdırır: Ərəbşünas alim yazır: “Gündəliyin məzmunu kifayət qədər səthi xarakter daşıyır: bu gerçəkliyi qismən də olsa əks etdirən hadisə və fikirlərin xronoloji və ardıcıl şərhi deyil, fəlsəfi, mənəvi, bəzən də sosial məzmunlu mühakimə və düşüncələrin nizamsız, xaotik axınıdır”. M.Nüaymənin qəhrəmanları üçün maddi dünya ilə qarşı-qarşıya dayanan, öz “məni” ilə insan, həyat, dünya, yaradılış, mahiyyət, ilahi başlanğıc, yaxşılıq haqqında söhbət edən, bu düşüncələri ilə də çoxlarından fərqlənərək tədricən onlardan ayrılan, bəndədən uzaqlaşdıqca xaliqinə yaxınlaşan cəhətlər çox xarakterikdir. Ərəb tədqiqatçısı Nadim Nüaymə yazır: “Öz qəhrəmanlarını təbiidən fövqəltəbiiyə və adidən qeyri-adiyə aparmaqla Nüaymə hələ də özünü idealist, daha doğrusu həqiqi realist hesab edirdi”. “Xəlil Cibran” əsərində də yazıçı insanın kamilləşmə yolunu göstərmişdir: “İnsanın yeganə şöhrəti onun tədricən içindəki insanilikdən ilahiliyə, müvəqqəti olandan daimi olana, eybəcərlikdən gözəlliyə, xülyadan həqiqətə, həyatın ikili zahiri görünüşündən həyatın daxili birliyinə qalxmasındadır”. Ərqəşin yolu da ziddiyyətlərin fonunda keçir, həyatın ikili məqamları qəhrəmanın obrazında, həyat tərzində və xatirələrində açıq-aydın sezilir. Xatirələr belə başlayır: “Ümumiyyətlə desək, bütün insanlar iki kateqoriyaya bölünə bilirlər: danışanlar və susanlar”. Ərqəş özünü ikinci kateqoriyaya aid edir: “Mən bəşəriyyətin sakit hissəsinə aidəm, qalanları isə hamısı danışanladır... Ona görə də digərləri danışdıqca mən susuram”. Buradan da Ərqəşin tənha obrazı meydana çıxır. Təsadüfi deyil ki, Ərqəş gündəliyi “Özümdən özümə” adlandır. A.İmanquliyeva, haqlı olaraq, yazır: “Gündəlikdən olduqca tənha, insanlardan və həyatdan ayrı düşən bir insan barəsində təsəvvür yaranır. Onun həmsöhbəti, sadiq dostu yalnız kağızdır”. Doğrudan da Ərqəşin tənhalığının ən bariz nümunəsi onun sözlərini deməyə bir insan tapmayaraq məhz xatirə yazmaqla öz məni ilə söhbət etməsidir. A.İmanquliyevaya görə, Ərqəşi varlığın həqiqətinin dərki çox dərindən düşündürür, insan nə üçün yaşayır, o kimdir, onun dünya ilə qarşılıqlı əlaqəsi necədir? Cəmiyyətdən ayrılaraq insanlığın, böyük mənada, problemləri ilə baş-başa qalıb onlar haqqında mühakimələr yürütmək bir tərəfdən tərkidünya obrazı idi ki, sufizmdən qaynaqlanırdı, digər tərəfdən fövqəlinsan ideyasından doğurdu - bu mühacir ərəb yazıçılarında F.Nitsşe ideyalarından irəli gəlirdi, üçüncü tərəfdən isə insanların Allah qarşısındakı bərabərliyi hökmünə gətirib çıxaran dini dünyagörüşündən bəhrələnirdi.

Maddilik və ilahilik arasında qalan Ərqəş insanları həmin kontekstdə də iki yerə bölür: “Mən bir nəfərdə iki Ərqəş olmalıyam; birinci, insanlar dünyasından uzaqlaşmış və ali qayda-qanun dünyasına çatacaq, dünyadansa orbitada onunla hərəkət edə biləcək səssizliyə bürünmüş insanlar; ikincisi, bəzi insan axınlarından kəsilib atılmış və axına yenidən qoşulmaq üçün çalışan insan”. Ərqəşin həyatı və onu əhatə edən aləm bu ikiliyin real təzahürləridir.

Əsər konkret obrazın fikirlərini şərh etsə də burada yazıçının simasını və düşüncələrini görməmək mümkün deyil. Nadim Nüaymə “Nazaretdə və Poltovada xəyalpərəst və yüksək idealist tələbə Nüaymə ilə Ərqəş arasında uyğunluq görür: “Hər ikisi ehtirasla sevirlər; Ərqəş Nəclanı, Nüaymə rus qızı Varianı... Cismanilik mənəviliyi əzməmişdən əvvəl Ərqəş nigah yatağında gəlinin boğazını kəsir və Nyu-York restoranında tanınmayan ofisiant kimi sığınacaq tapır... Digər tərəfdən, Nüaymə Varianı ürəyindən çıxarırdı, baxmayaraq ki, qız onu itirmək qorxusu altinda özünə qəsd etməyə cəhd etmişdir...” Məsələ burada konkret olaraq ölüm faktında deyil, əslində, o, insanın mənəvi dünyasının, onun ilahi mənşəyinin həyatın maddi tərəfləri üzərindəki üstünlüyünü şərtləndirən simvoldur. Buna görə də sevgilisini öldürən Ərqəşin hərəkəti cinayət aktından daha çox nəfsini saflaşdıraraq ilahiliyə cəhd edən mistikin vəziyyətini səciyyələndirir. Bir sıra məqamlarda səsləşən “Mirdadın kitabı” əsərində də M.Nüaymə qəhrəmanın dilindən sevgini məhz Ərqəşin dünyagörüşü kontekstindən dəyərləndirmişdir: “Aşiqini özünə tabe etdirən sevgi sevgi deyil. Ət və qanla qidalanan sevgi sevgi deyil.

Yalnız çoxlu qadınlar və kişilər yetişdirmək üçün qadını kişiyə tərəf aparan və beləliklə, onların cismdən asılılıqlarını əbədiləşdirən məhəbbət məhəbbət deyil”. Mirdada görə, insanlar nə qədər ki, sevgidən əziyyət çəkirlər, nə özlərini dərk edə, nə də məhəbbətin qızıl açarını tapa bilirlər. Çünki onlar yalnız efemer özlərini sevir, ötəri sevgiyə sahib olurlar. Əks halda, Ərqəşin ölüm püskürən müharibələrə qarşı kəskin nifrəti səmimi qəbul olunmazdı. Vətənpərvərlik, şöhrət, iftixar kimi müxtəlif bəhanələrlə müharibə edən və insanları öldürənləri Ərqəş qəbul etmir: “Budur! Yer kürəsinin adamları müharibə ilə məşğuldurlar. Deyirlər ki, yer kürəsi əvvəllər bunun oxşarının belə şahidi olmamışdır...”. Buna görə də Nadim Nüaymənin müqayisəsi tamamilə düzgün hesab olunmalıdır. Biz bunu yazıçının digər əsərlərində Ərqəşin fikirləri ilə səsləşən məqamların mövcudluğunda da görə bilərik. “Xəlil Cibran” əsərində müəllif insanları məqsədə - burada söhbət insanın son məqsədi, kamilləşərək vəhdətə qovuşmasından gedir - yönələrək ona cəhd edənlər və əks qütblərə bölür: “Bəziləri tezliklə ağrıya çevrilən məmnunluqlarla özlərini əyləndirərək yolda axsaya-axsaya yeriyirlər. Başqaları nizamla yeriyirlər və bilirlər ki, bütün dünyəvi məmnunluqların kökündə ağrı durur, bu əzab-əziyyət cəhalətin köküdür”. Burada xristianlığın mistik dünyağörüşü və sufizmin təsiri aydın şəkildə müşahidə olunur. Ərqəşin xatirələrinin “İncil”lə yanaşı tapıldığını qeyd etdik. Əslində, xristianlığın dini görüşləri M.Nüaymə və məşhur rus ədibi L.N.Tolstoyun dünyagörüşlərini birləşdirən ən mühüm kontekst idi. Yazıcı özü də bu məsələni dəfələrlə vurğulamışdı. Xatirələrində M.Nüaymə yazır: “...Tolstoy öz həyatına Xristin şagirdləri və bütün dünya üçün cızdığı yoldan daha nəcib yol tapa bilmədi, buna görə də kilsələrin bu yoldan nə qədər uzaqlaşdığını görüb, hər şeydən əvvəl onlara qarşı çıxdı. Sonra özü özünə qarşı çıxdı ki, ruhunu İncilin yolundan başqa yollardan çəkindirsin”. “Bir insanın qələbəsi mənim üçün əminlik yaradardı ki, əgər mən də cəhd edərəmsə, qələbə qazana bilərəm” deyən M.Nüaymə L.N.Tolstoya mübarizəsində qalib çıxmağı arzulayırdı. Belə bir mübarizəni, istər öz-özüylə, istərsə də ətraf aləm ilə münaqişəni Ərqəşin obrazında çox aydın şəkildə görmək mümkündür. Ruhunun yüksəlişinə mane olan, bütün madii tərəflərini gözəl bir qadının simasında öldürən Ərqəş xatirələrində keçmişinə nəzər salır, bir zaman insanlar arasında yaşayan siması və indi sakitliyə və tənhalığa çəkilərək “çox böyük həqiqəti axtaran” Məni arasındakı böyük uçurumu hiss edir: “O keçmişin dünyəvi Ərqəşini öldürmüşdür, yeni saflaşdırılmış Ərqəş meydana çıxa bilərdi”. Ərqəşin mövqeyi sufizm təlimindəki fəqr anlayışına uyğun gəlir. N.Cümşüdoğlu yazır: “Fəqr məqamı qürb üçün, yəni haqqa yaxınlıq üçün mühüm mənzil sayılır, nəfsi saflığın vacib şərtlərindəndir. Ona görə də fəqr mülkündə bəndənin gədalıq etməsi dünyəvi sultanın dərgahından üstündür, çünki fəqr mülkündən keçən yol haqqın dərgahına yönəlir”. Tədqiqatçı fəqr məqamının “sadəcə olaraq var dövlətin əksi olan yoxsulluq mənasında” işlənmədiyini yazır. Bununla belə, sufi ədəbiyyatında bu mövqedə olan qəhrəmanların fani dünyadakı obrazı çox zaman həmin keyfiyyəti daşıyır. M.Nüaymənin yaradıcılığında sufi xüsusiyyətləri daşıyan Ərqəşin ofisiant, Mirdadın (“Mirdadın kitabı”) dilənçi, Leonardanın (“Görüş”) yoxsul skripkaçı kimi meydana çıxması da həmin cəhətləri simvollaşdırır. Bu yolda Ərqəş həyatı “ilahi məktəb” adlandırır: “Onun işi ilahiyyəti meydana çıxarmaqdır. Bu məktəbin məzunu olmaq Tanrı olmaq deməkdir”. Lakin həmin məktəb yalnız bəsirət gözü açıq olan insanları qəbul edir. Ərqəş insanın “daimi və heç vaxt keçib getməyən” ağıl hədiyyə edilmiş bədəndən çox, “ötəri və hər zaman davam edə bilməyən” bədən hədiyyə edilmiş ağıl olduğunu söyləyərkən də insanların bəsirət gözünü açmağa çalışır.

Görkəmli ərəbşünas A.İmanquliyeva “Ərqəşin xatirələri” əsərindən nümunə olaraq təqdim etdiyi “...Ah, Ərqəş, əgər sənin üçün kainatın bütün sirləri açılsaydı... Əgər mən hər adamın gizli gözü və gizli qulağı olduğunu, gözlərinin görmədiklərini, qulaqlarının eşitmədiklərini, onun düşüncə və sükut vasitəsilə gördüyünü, eşitdiyini deyə bilsəydim” sözləri də sufizmin bəsirət gözü haqqındakı təlimindən irəli gələn məsələlərdir. Burada Ərqəşin təklənməsinin səbəblərini də görürük. Ərqəş daxili mahiyyətdən çox zahiri görüntülərə üstünlük verən insanlar arasında tək və “dəli”dir. M.Nüaymə yazır: “Nə gözə, nə qulağa, nə buruna, nə dilə, nə də ələ etibar etməyən hisslər insanların kodeksində cəfəngiyatdır. Sən onlara desən ki, onların gözlərinə görünməyən gözləri, bədənin ətindən və qanından da yaxşı maddədən olan qulaqları var və sakit xəyala daldığın zaman onlar zahiri gözün görə bilmədiyini görə bilirlər və zahiri qulağın eşidə bilmədiyini eşidə bilirlər... onlar həmin andaca sənə axmaq və ya dəli ləqəbi verərlər”. Mənəvi göz və qulaq problemı xristianlıq üçün də xarakterikdir. “İncil”də İsa peyğəmbər şagirdlərinin nə üçün izdihama toplaşanlara məsəllər söylədiyini soruşduqları zaman deyir: “Mən ona görə onlara məsəllərlə söyləyirəm ki, gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. “Quran”da bu məsələlərin daha bariz nümunələrini görürük: “Şübhəsis ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!

Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən”.

Sufi ədəbiyyatda, eləcə də dünya ədəbiyyatının bir sıra nümunələrində tənhalığın tərkidünya obrazına çevrilməsində qarşıya çıxan dəli obrazı müşahidə olunur. Təsadüfi deyil ki, mühacir ərəb yazıçısı C.X.Cibran 1912-ci ildə M.Nüayməyə yazdığı və dəliliyi “ilahi ədalətə doğru ilk addım” hesab etdiyi məktubunda yazır: “Dəli ol, Mişa. Dəli ol və bizə sağlam düşüncənin pərdəsi arxasında hansı sirlərin gizləndiyini danış”. “Ərqəşin xatirələri” əsərində Ərqəşin gündəliyi bitdikdən sonra müəllifin əlavəsi və obrazın keçmişi haqqında yazıldığı güman olunan 26 iyun 1913-cü il tarixli ispan qəzetlərindən birindən götürülmüş məqalə təqdim olunur. Məhşur Livanlı mühacir ailənin yeganə oğlu olan Şakip Naman barəsində danışılarkən onun çox istedadlı, ağıllı olması və universiteti yüksək səviyyədə bitirməsi məlumatları ilə yanaşı, “bəzi istiqamətlərdə qeyri-normal” olması haqqındakı insanlar arasındakı fikirlər də yazılır. “Sağlam düşüncənin pərdəsi arxasında gizlənənlərin” dəli obrazının vasitəsilə ifadəsi xüsusiyyətlərini məşhur rus yazıçısı L.N.Tolstoyun yaradıcılığında, xüsusilə də “Dəlinin qeydləri” hekayəsində də görürük. Əsərdə dəlinin dilindən deyilir: “Bu gün məni müayinə etmək üçün quberniya idarəsinə aparmışdılar. Müayinə vaxtı fikirlər haçalandı, mübahisə elədilər və qərara gəldilər ki, mən dəli deyiləm. Buna görə belə qərara gəldilər ki, mən bütün qüvvələrimi səfərbərliyə alıb özümü danışmamağa məcbur elədim. Özü də ona görə danışmadım ki, dəlixanadan qorxuram, qorxuram ki, orada dəlilik etməyə imkan verməsinlər mənə... Onlar qərara gəlsələr, nəticə çıxarsalar də dəxli yoxdur, mən özüm bilirəm ki, dəliyəm”. Onun dəliliyinin ilk “tutmalarına” səbəb əzab idi, yanında bir oğlan uşağının amansız döyülməsindən duyduğu əzab, İsa peyğəmbərə çarmıxa çəkilən zaman verilən işgəncələr, real həyatın insan mənəviyyatını pozğunluğa sürükləyən normalarının verdiyi əziyyət və maddi həyatın digər əzabları idi. Bunlardan qurtarmaq üçün isə insan həqiqəti axtarır və tapır. Əsl həqiqət isə insanı tanrıya yaxınlaşdırır, onu saflaşdırır.

Göründüyü kimi, dünya ilə konfiliktdə olan insanın gündəliyini təqdim edən “Ərqəşin xatirələri” əsərində L.N.Tolstoy ideyaları ilə səsləşən motivlər də mövcuddur. A.İmanquliyeva povestin L.N.Tolstoyun “Etiraf”, “İndi nə etməliyik” əsərləri ilə səsləşən məqamlarına diqqət yetirmişdir. Tədqiqatçı alim dini birlik, insanların Allah qarşısındakı bərabərliyi fikirlərini L.N.Tolstoyun “Etiraf” əsərindəki müvafiq ideyalarla müqayisə etmişdir.

L.N.Tolstoyun əsərlərində dini birlik, bərabərlik, ilahi başlanğıc kimi məsələlərin qoyuluşu, doğrudan da, çox güclüdür. Məşhur ədib yazırdı: “Bütün insanlıq onu idarə edən ilahi başlanğıc, ideallar əsasında yaşayır və inkişaf edır. Bu ideallar dinlərdə, elmdə, incəsənətdə, dövlət formalarında ifadə olunur. Bu ideallar yüksəlir, yüksəlir və insanlıq ali xoşbəxtliyə doğru gedir. Mən insanlığın bir parçasıyam və mənim missiyam insanlığın ideallarını gerçəkləşdirməkdir”. L.N.Tolstoy, ilk növbədə, insanlığın sirrlərinin öyrənilməsi zəruriyyətini göstərir. O, inamı həyatın gücü adlandırır. Ölkəni bürüyən dilənçilikdən dəhşətə gələn məşhur ədib yazır: “Əslində mən nə istəyirəm? Mən digərlərinə xeyirxahlıq etmək istəyirəm, elə etmək istəyirəm ki, insanlar ac və yoxsul olmasınlar, insanlar insanlığa layiq yaşaya bilsinlər”. Əsərdə müəllif “nə etməliyik?” sualı qarşısındakı əzablarını ifadə edir.

A.İmanquliyevaya görə, özünüdərk yolu ilə həqiqətə çatmaq haqqında Ərqəşin mühakimələri L.N.Tolstoyun xoşbəxt insan varlığının mahiyyəti ideyasının şərh olunduğu “Həyat haqqında” publisistik kitabının da müddəalarına yaxındır. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz kimi, hər iki yazıçı xristian olmaqla dini məsələlərə xüsusi yer verir, xristianlıqdan gələn məhəbbət, humanizm, din birliyi, bərabərlik və s. kimi məsələlərdə oxşar mövqe ifadə olunur. “İncil”də deyilir: “Fəqət siz özünüzə “müəllim” dedirtməyin, zira sizin müəlliminiz birdir və siz hamınız qardaşsınız. Yer üzündə kimsəyə ata deməyin, zira Atanız birdir, səmavi Atadır”. Bununla belə, L.N.Tolstoy nə qədər dindar yazıçıdırsa, M.Nüaymədə sufi ideyaları görməmək mümkün deyil.

Görkəmli ərəbşünas A.İmanquliyevanın fikrincə, povest qəhrəmanının dili ilə M.Nüaymə özünün sosial bərabərsizliyə dair baxışlarını, insan hüquqları barəsindəki fikirlərini də ifadə edir: “Ərqəş müxtəlif sosial institutları və həyat hadisələrini - hakimiyyət, məhkəmə, müharibə, din və s. yenidən dəyərləndirir və tənqidə məruz qoyur”. Humanist yazıçı kimi M.Nüaymə həmişə zorakılığa və müharibələrə qarşı olmuşdur. Hələ İ.Y.Kraçkovskiyə yazdığı məktubunda ədib müharibə haqqında yazırdı: “Həmin ilimdə (1918 - B.Ə.) müharibəyə, qəddarlığın təşkilinin bütün formalarına böyük nifrətimə baxmayaraq, mən Amerika ordusunda döyüşürdüm. Bütün dünyanın alov içində olduğunu görüb milyonlarla digərləri kimi mənim də həyatımın bu nəhəng yanğını dayandırmağa kömək edə biləcəyini hiss edirdim”. Bu məsələlər ərəb yazıçısını bütün həyatı boyu narahat etmişdir.

Göründüyü kimi, M.Nüaymənin “Ərqəşin xatirələri” əsəri yazıçının əsas yaradıcılıq keyfiyyətlərini əks etdirməklə özünəməxsus bədii xüsusiyyətlərə və ədəbi-fəlsəfi ideyalara malikdir. Bu baxımdan da ərəbşünas alim A.İmanquliyevanın da əsərə xüsusi diqqət yetirməsi və povesti ərəb yazıçısının bədii irsində əhəmiyyətli əsər kimi dəyərləndirməsi təsadüfi deyil.

 

 

 

 

 

 

 

 


 

 


 


 

 


 



 

Hosted by uCoz